AZ

"Qalatasaray"ın futbolçusu "Fənər"ə keçib

"Fənərbaxça" heyətini yeni oyunçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, "sarı-lacivərdlilər" "Qalatasaray" U19 komandasından Çağrı Hakan Baltanı heyətinə qatıb.

"Fənər" 17 yaşlı hücumçu üçün qarşı tərəfə 4 milyon TL + sonrakı satışdan 10 faiz pay olaraq anlaşıb.

Türkiyəli forvard İstanbul təmsilçisinin UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində "Nottingem Forest"lə matçın hazırlıq prosesində iştirak edib.

Qeyd edək ki, Çağrı Balta "Qalatasaray"ın sabiq üzvü Hakan Baltanın oğludur.

“Qarabağ” Azərbaycan klubları arasında liderdir - IFFHS AÇIQLADI

Millimiz hazırlıqlara start verdi

"Neftçi" liderliyini davam etdirir

I Liqa: Autsayder mövsümdə 2-ci qələbəsini qazanıb

Kaxaber Tsxadadze: “Bizim üçün hər oyun vacibdir”

Seçilən
11
apasport.az

1Mənbələr