"Fənərbaxça" heyətini yeni oyunçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, "sarı-lacivərdlilər" "Qalatasaray" U19 komandasından Çağrı Hakan Baltanı heyətinə qatıb.
"Fənər" 17 yaşlı hücumçu üçün qarşı tərəfə 4 milyon TL + sonrakı satışdan 10 faiz pay olaraq anlaşıb.
Türkiyəli forvard İstanbul təmsilçisinin UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində "Nottingem Forest"lə matçın hazırlıq prosesində iştirak edib.
Qeyd edək ki, Çağrı Balta "Qalatasaray"ın sabiq üzvü Hakan Baltanın oğludur.
“Qarabağ” Azərbaycan klubları arasında liderdir - IFFHS AÇIQLADI
Millimiz hazırlıqlara start verdi
"Neftçi" liderliyini davam etdirir
I Liqa: Autsayder mövsümdə 2-ci qələbəsini qazanıb
Kaxaber Tsxadadze: “Bizim üçün hər oyun vacibdir”