AZ

Modi İsrailə niyə gedir?

ain.az bildirir, Hurriyyet portalına istinadən.

Hindistanın Baş naziri Narendra Modi iki günlük səfər üçün bu gün İsrailə gedəcək.

Hurriyyet.org xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bildirilib ki, səfər zamanı, ölkələr arasında təhlükəsizlik, texnologiya və kənd təsərrüfatı sahələrində bir sıra yeni anlaşmaların imzalanacağı gözlənilir. Bu baxımdan səfər, iki ölkə arasındakı münasibətləri dərinləşdirmək üçün bir şans kimi qiymətləndirilir.

Bununla yanaşı, səfər çərçivəsində Modinin Knessetdə çıxış etməsi və İsrailin rəsmi Holokost abidəsi olan Yad Vaşemi ziyarəti gözlənilir.

Modinin səfərinin ABŞ-ın İrana mümkün hücumlarından əvvəl İran sahilləri yaxınlığında dəniz qüvvəsi yerləşdirdiyi bir vaxta təsadüf etməsi diqqət çəkib.

Qeyd edək ki, Narendra Modinin Hindistana ilk səfəri 2017-ci ildə baş tutub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
1
hurriyyet.az

2Mənbələr