AZ

“Nyukasl”ın futbolçusu: “Qarabağ”la oyunda işimizi çətinləşdirdik”

“Nyukasl”ın futbolçusu Ceykob Mörfi Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”a qalib gəldikləri cavab oyununu şərh edib.

Msport.az xəbər verir ki, cinah oyunçusu 3:2 hesabıyla bitən matçla bağlı bunları deyib:

“İşimizi gördük. İlk oyundan sonra bu matça peşəkar yanaşmalı idik. Görüş final fitinə qədər mübarizəli davam etdi. Bəzi məqamlarda işimizi çətinləşdirdik. Oyuna sürətli başlayıb, qollar vurduq və matçı həll etdik”.

Qeyd edək ki, “Nyukasl” iki oyunun nəticəsinə görə (6:1, 3:2) “Qarabağ”ı üstələyib və 1/8 finala adlayıb.

Seçilən
6
1
msport.az

2Mənbələr