AZ

Zubir: Əsl "Qarabağ"ın necə oynadığını nümayiş etdirmək istəyirdik

"Məncə, ilk və cavab oyunları iki fərqli matç idi. İlk oyun yaxşı alınmadı, amma bu gün (red - dünən) biz yaxşı futbol göstərmək və əsl "Qarabağ"ın necə oynadığını nümayiş etdirmək istəyirdik. Düşünürəm ki, buna nail olduq".

Publika.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Abdulla Zubir Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl"la cavab görüşünü (2:3) dəyərləndirərkən deyib. Fransalı vinger İngiltərə təmsilçisi ilə matçın ikinci hissəsinin onlar üçün uğurlu keçdiyini bildirib:

"İkinci hissə əla keçdi, xüsusilə azarkeşlərimiz üçün. Biz yaxşı futbol oynadıq və iki qol vurduq. İlk oyundan sonra bu, vacib idi. Başlanğıcdan sonra vəziyyət asan deyildi, amma bundan sonra çox yaxşı çıxış etdik".

Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk oyunda "Nyukasl" 6:1 hesabı ilə qələbə qazanmışdı.

Seçilən
7
6
publika.az

7Mənbələr