Ötən axşam Su çərşənbəsi səbəbilə qalanan tonqalda iki nəfər yanıq xəsarəti alıb.
BAKU.WS xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib.
Bildirilib ki, həmin şəxslərdən biri 15 yaşlı oğlan, digəri 9 yaşlı qızdır.
Həmin şəxslər Təcili tibbi yardım briqadası tərəfindən Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunublar.