Bakı. Trend:
ABŞ-nin şimal-şərq ştatlarını cənginə alan güclü qar fırtınasınəticəsində azı iki nəfər həlak olub.
Trend bu barədəABŞ KİV-ə istinadən məlumat verir.
Məlumata görə, Merilend ştatında fırtına zamanı ağacın aşmasınəticəsində iki nəfər ölüb, daha bir nəfər isə yaralanıb. Bəziərazilərdə fırtına saniyədə 30 metrdən artıq sürətə çatan güclükülək qasırğaları ilə müşayiət olunub.
Bundan əvvəl əlverişsiz hava səbəbindən ABŞ-də 500 mindən çox evvə obyektin elektrik enerjisiz qaldığı bildirilmişdi. Nyu-Cersi,Nyu-York, Pensilvaniya və Rod-Aylend də daxil olmaqla yeddi ştatınhakimiyyət orqanları fövqəladə vəziyyət elan edib.
Nyu-York və Boston kimi şəhərlərdə kommunal xidmətlərin şəhəriqardan təmizləyə bilməsi üçün avtomobillərin hərəkətinəməhdudiyyətlər tətbiq olunub.
ABŞ Milli Meteorologiya Xidmətinin məlumatına əsasən, bəziərazilərdə qar örtüyünün hündürlüyü 90 santimetrdən çox olub.