AZ

Paşinyandan seçki həmləsi: Ermənistanda pensiyalar bu qədər artırıldı

Ermənistanın Baş naziri Paşinyan 1 apreldən etibarən pensiyaların artırılacağını elan edib.

Publika.az xəbər verir ki, o, bu barədə video müraciətində bildirib.

Onun sözlərinə görə, nisbətən aşağı pensiyalar 10.000 dram (26.50 dollar) artacaq, yüksək pensiyalar isə daha az artacaq. O qeyd edib ki, keşbek nəzərə alındıqda, artım daha yüksək olacaq.

Baş nazir pensiyaların niyə indi artırılması məsələsinə də toxunub.

“Birincisi, 2025-ci ildə Ermənistanda iqtisadi artım, o cümlədən beynəlxalq təşkilatlar tərəfindən proqnozlaşdırılandan daha yüksək olub. Bu, əlavə imkanlar yaradır və Ermənistan vətəndaşları bunları birbaşa yaşamalıdırlar”, - deyə Paşinyan qeyd edib.

Seçilən
29
publika.az

1Mənbələr