AZ

Yıldız Tilbe xəstə olmadığını yeni öyrəndi

ain.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türk musiqisinin məşhur ifaçısı Yıldız Tilbe son sağlamlıq vəziyyəti ilə bağlı açıqlama verib.

Lent.az yerli mediaya istinadən xəbər verir ki, həmişə yüksək qan təzyiqindən şikayətçi olan, özünü xəstə hesab edən məşhur nəhayət ki, xəstəxanaya gedib.

Hətta sənətçi bu qorxularına görə, bir müddət müayinə altında saxlanılmışdı. Onun təzyiqi ilə əlaqədar narahatlıqların olduğu bildirilmişdi və müalicə üçün tədbirlər görüldüyü bildirildi.

Tilbe sosial media hesabı vasitəsilə paylaşaraq yazıb ki, xəstə deyilmiş. Məşhur ifaçı bildirib:

“Əslində təzyiq xəstəsi deyilmişəm”.

Onun yaşadığı narahatlıq müəyyən vitamin çatışmazlığından qaynaqlanırmış. Tilbe paylaşımında bunları yazıb:

“Təzyiq xəstəsi deyilmişim. Bəzi vitaminlərim əskik imiş. Dərman istifadə edəcəyəm. Sağlamamı, səhnələrə qayıtmağı səbirsizliklə gözləyirəm. Hamınıza təşəkkür edirəm.”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
lent.az

1Mənbələr