AZ

Alça rekord qiymətə satılır – Kilosu 500 DOLLAR

Süleymaniyə şəhərində Türkiyədən gətirilən yaşıl alçanın qiyməti hər kəsi təəccübləndirib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məlumata görə, idxal olunan məhsulun bir kiloqramı 500 dollara alıcılara təklif edilir.

"Anadolu" agentliyinin yaydığı xəbərə əsasən, şəhərdə nadir və bahalı meyvələrin satışı ilə məşğul olan iş adamı Mehdi Hüseyn Türkiyədəki bağ sahibləri ilə əvvəlcədən razılaşmalar əldə etdiklərini deyib. Onun sözlərinə görə, bazara ən tez yetişən alçaların çıxarılması üçün xüsusi sifariş sistemi qurulub.

Satıcı bildirib ki, ilk mərhələdə ölkəyə gətirilən 23 kiloqramlıq məhsul partiyası hələ yoldaykən tamamilə sifariş edilib. Güclü maraq səbəbindən insanlar iki ay əvvəldən növbəyə yazılaraq məhsulu əvvəlcədən rezerv ediblər.

Qeyd olunur ki, yaşıl alça əsasən gündəlik istehlak üçün deyil, xüsusi tədbirlər üçün alınır. Xüsusilə dəbdəbəli toy mərasimlərində, iri ziyafətlərdə və nümayiş xarakterli süfrələrdə bu meyvə bir növ status göstəricisi kimi təqdim olunur.

Beləliklə, mövsümün ilk yaşıl alçası İraqda lüks məhsula çevrilərək rekord qiymətə satışa çıxarılıb və böyük maraq doğurub.

Hüseyn
Milli.Az

Seçilən
18
4
milli.az

5Mənbələr