AZ

ABŞ Rusiya ilə əlaqələrinə görə dörd şəxs və üç təşkilata qarşı sanksiyalar tətbiq edib

ABŞ hakimiyyəti antirusiya sanksiya siyahısını daha üç hüquqi və dörd fiziki şəxslə genişləndirib.

"Report" xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) press-relizində bildirilib.

Sanksiyalar kiberfəzadakı fəaliyyətlə əlaqədar tətbiq edilib. Qeyd olunub ki, üç rusiyalı, bir Özbəkistan vətəndaşı, həmçinin BƏƏ-də qeydiyyatdan keçmiş "Advance Security Solutions" və "Special Technology Services LLC FZ." şirkətləri, Rusiyanın "Matritsa" MMC-si sanksiyalar altına düşüb.

Daha əvvəl Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen qeyd edib ki, Rusiyaya qarşı 20-ci sanksiya paketinin qəbul edilməsi zaman məsələsidir.

Seçilən
41
far.az

1Mənbələr