AZ

Robert de Niro ağladı: Tramp ölkəni məhv edir

Robert de Niro ağladı: Tramp ölkəni məhv edir

Məşhur amerikalı aktyor Robert de Niro "MS NOW" YouTube kanalında yayımlanan "Best People" podkastında jurnalist Nikol Uollesə müsahibə verərkən emosional anlar yaşayıb.

AFN.az-ın xarici mediaya istinadən məlumatına görə, aktyor ABŞ prezidenti Donald Trampın ölkəni "məhv etdiyini" düşünərək göz yaşlarını saxlaya bilməyib. Söhbətin təxminən 45-ci dəqiqəsində Uollesin "Siz hər zaman ətrafınızdakı hər kəsə kömək etməyə çalışırsınız. Bu nədən irəli gəlir?" sualına cavab verərkən De Nironun səsi titrəyib və o, ağlamağa başlayıb.

"İnsanları birləşdirmək lazımdır, onları bölmək olmaz. Baxın görün bizim orada [prezident kürsüsündə] kimimiz var. Bu ölkəni məhv etməyə çalışan, bəlkə də bunu niyə etdiyini belə anlamayan bir varlığın orada olması sanki bir taledir", – deyə aktyor bildirib.

Müsahibənin sonunda jurnalistin "Trampın səlahiyyət müddəti bitdikdə Ağ Evi könüllü tərk edəcəyinə inanırsınızmı?" sualına aktyor qəti şəkildə "Xeyr" cavabını verib. O, Trampın hakimiyyətdən getmək istəməyəcəyini və bunun ölkə üçün təhlükəli olduğunu vurğulayıb.

Qeyd edək ki, Robert de Niro daha əvvəl 78-ci Kann Kinofestivalının səhnəsindən də Donald Trampı kəskin tənqid etmişdi. Aktyor uzun müddətdir ki, Tramp administrasiyasının ən barışmaz əleyhdarlarından biri kimi tanınır.

Seçilən
53
afn.az

1Mənbələr