AZ

"Qarabağ" UEFA-dan 65 milyon manatdan çox vəsait aldı

"Qarabağ" UEFA-dan 65 milyon manatdan çox vəsait aldı

"Qarabağ" futbol klubu UEFA tərəfindən təxminən 65.8 milyon manat vəsait əldə edib.

AFN.az xəbər verir ki, bu məlumatı gənclər və idman naziri Fərid Qayıbov özünün "X" sosial şəbəkəsindəki hesabında paylaşıb. Nazir qeyd edib ki, bu vəsait klubun beynəlxalq arenadakı uğurlu çıxışlarının nəticəsidir.

"UEFA həmrəylik mexanizmi çərçivəsində Azərbaycan Premyer Liqasında çıxış edən digər klublarımızın hər biri təxminən 1.6 milyon manat əlavə vəsait qazanacaq" , - deyə o bildirib.

Fərid Qayıbovun sözlərinə görə, "Qarabağ" ölkəmizdə real potensialı olan idman iqtisadiyyatına mühüm töhfə verib. Bu maliyyə ineksiyası həm "Qarabağ"ın, həm də ölkə çempionatında mübarizə aparan digər komandaların infrastrukturunun yaxşılaşdırılmasına və inkişafına şərait yaradacaq.

Seçilən
21
26
afn.az

10Mənbələr