AZ

Gültəkin Hacıbəylinin evində axtarış aparıldı - DTX-ya çağırıldı

Gültəkin Hacıbəylinin evində axtarış aparıldı - DTX-ya çağırıldı

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) sabiq deputat Gültəkin Hacıbəylinin evində axtarış aparıb.

AFN.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ramiz Mehdiyev və digərləri barəsində DTX-də başlanılmış cinayət işi çərçivəsində əməliyyat tədbirləri həyata keçirilib. İstintaq çərçivəsində G.Hacıbəylinin yaşadığı ünvanda axtarış aparıldığı bildirilir.

Məlumata görə, sabiq deputat istintaq orqanına şahid qismində ifadə verməyə dəvət olunub. Əməliyyat tədbirlərinin yüksək vəzifəli şəxslər barəsində aparılan genişmiqyaslı cinayət işinin tərkib hissəsi olduğu qeyd edilir.

Xatırladaq ki, son günlər DTX tərəfindən müxtəlif istiqamətlərdə hüquqi araşdırmalar və əməliyyat-istintaq hərəkətləri intensivləşdirilib.

Seçilən
44
14
afn.az

10Mənbələr