AZ

ABŞ lə mümkün qədər tez razılığa gəlmək üçün tədbirlər görməyə hazırıq İran rəsmisi

ain.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tehran İranın nüvə məsələsi ilə bağlı Vaşinqtonla mümkün qədər tez razılığa gəlmək üçün lazımi tədbirləri görməyə hazırdır.

"Unikal" xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Məcid Təxt-Rəvançi bildirib. 

"Biz mümkün qədər tez ABŞ ilə razılığa gəlməyə hazırıq və bunun baş verməsi üçün lazım olan hər şeyi etmək istəyirik", - deyə nazir müavini qeyd edib. 

Xatırladaq ki, Tehran və Vaşinqton 17 fevralda Cenevrədə Omanın diplomatik nümayəndəliyində İranın nüvə məsələsi ilə bağlı danışıqlar aparıblar. İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, Amerika nümayəndə heyətinə isə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff rəhbərlik edib. Əraqçi danışıqları konstruktiv və ciddi adlandırıb. O bildirib ki, tərəflər saziş üzərində işlərini əsaslandıracaq əsas prinsipləri hazırlaya biliblər.

ABŞ və İran arasında danışıqların növbəti mərhələsi 26 fevralda Cenevrədə keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
unikal.az

1Mənbələr