AZ

“II Yaşıl düşüncə maarifləndirmə proqramı”nın iştirakçıları və ekokönüllülər sertifikatlarla təltif olunublar

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən “II Yaşıl düşüncə maarifləndirmə proqramı”nı uğurla başa vuran iştirakçılara ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov tərəfindən sertifikatlar təqdim olunub.

Gənclər tərəfindən maraqla qarşılanan proqram üzrə ümumilikdə 280 nəfər qeydiyyatdan keçib. Müsahibə mərhələsini uğurla tamamlayan 70 nəfər arasından 33 gənc yekun imtahanda uğur qazanaraq proqramı bitirib.

İki ay davam edən proqram çərçivəsində gənclərin ekoloji bilik və bacarıqlarının artırılması məqsədilə 15 nəzəri və 6 praktiki təlim təşkil olunub. Təlimlər zamanı ətraf mühitin mühafizəsi, davamlı inkişaf prinsipləri və ekoloji məsuliyyət mövzuları əhatə olunub.

Tədbir çərçivəsində, həmçinin 2025-ci il ərzində Nazirliyin ekokönüllü komandasında fəaliyyətini uğurla başa vuran könüllülərə də sertifikatlar təqdim edilib.

Tədbirin sonunda proqram iştirakçılarına və ekokönüllülərə ətraf mühitin qorunmasına verdikləri töhfəyə görə təşəkkür edilib və gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

Seçilən
21
ekologiya.az

1Mənbələr