AZ

Ötən ay Azərbaycanla Türkiyə 432 milyon dollarlıq ticarət əməliyyatı aparıblar

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycanla Türkiyə arasında ticarətəməliyyatlarının həcmi 431,7 milyon ABŞ dolları təşkil edib.

Trend bubarədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici iləmüqayisədə 51,6 milyon ABŞ dolları və ya 10,7% azdır.

Bu ilin yanvar ayında Azərbaycandan Türkiyəyə 268,2 milyondollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü iləmüqayisədə 39,9 milyon ABŞ dolları və ya 13% azdır.

Hesabat ayında Azərbaycandan Türkiyəyə ixrac əməliyyatlarının19,5 milyon ABŞ dollarını bitumlu süxurlardan alınmış xam neft vəxam neft məhsulları təşkil edib. Bu məhsul üzrə ixracın həcmi isə41,8 min tona bərabər olub. Ötən ilin yanvar ayındakı göstərici iləmüqayisədə sözügedən məhsulların Türkiyəyə ixracı dəyər ifadəsində15,3 milyon ABŞ dolları və ya 4,6 dəfə, həcm baxımından isə 33,1min ton və yaxud 4,8 dəfə artıb.

Bundan başqa, hesabat ayı ərzində Azərbaycandan Türkiyəyə ixracəməliyyatlarının 31,4 milyon dollarını qeyri-neft məhsulları təşkiledib ki, bu da 2025-ci ilin yanvar ayındakı göstərici iləmüqayisədə 5,7 milyon ABŞ dolları və ya 15,3% azdır. Türkiyəyəqeyri-neft məhsullarının ixracı Azərbaycanın ümumi qeyri-neftixracına nisbətən 11,72% paya malik olub. Bununla da hesabat ayındaTürkiyə Azərbaycanın ən çox qeyri-neft məhsulları ixrac etdiyiölkələr siyahısında 4-cü pillədə qərarlaşıb.

Hesabat dövründə Türkiyədən Azərbaycana isə 163,6 milyon ABŞdolları dəyərində ixrac əməliyyatları icra olunub ki, bu da 2025-ciilin eyni dövrü ilə müqayisədə 11,6 milyon ABŞ dolları və ya 6,6%azalma deməkdir.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə3,538 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu,ötən ilin eyni dövrünə nisbətən 1,5 milyard dollar və ya 30,5%azdır.

Xarici ticarət dövriyyəsinin 2,236 milyard ABŞ dolları ixracın,1,302 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildəixrac 802 milyon dollar və ya 26,4%, idxal isə 750 milyon dollar vəya 36,5% azalıb.

Yekunda xarici ticarətdə 933,6 milyon dollarlıq müsbət saldoyaranıb ki, bu da illik müqayisədə 52,4 milyon dollar və ya 5,3%azdır.

Seçilən
7
4
az.trend.az

10Mənbələr