AZ

“Turan Tovuz” səfərdə qələbə qazandı

Azərbaycan Premyer Liqasının XIV turundan təxirə salınmış oyunda “Turan Tovuz” səfərdə “Qəbələ”ni 3:0 hesabı ilə məğlub edib.

90deqiqe.Az-ın məlumata görə, Kurban Berdıyevin rəhbərlik etdiyi komanda Qəbələ şəhər stadionunda keçirilən qarşılaşmada üstün oyun nümayiş etdirib.

Qonaqların qolları matçın 9-cu dəqiqəsində Alexandro Serrano, 18-ci dəqiqəsində Filip Ozobiç, 47-ci dəqiqədə isə Seydina Keytanın avtoqolu ilə qeydə alınıb.

Bu nəticədən sonra “Turan Tovuz” xallarını 40-a çatdıraraq üçüncü pillədəki mövqeyini möhkəmləndirib. “Qəbələ” isə 15 xalla turnir cədvəlinin 10-cu sırasında qərarlaşıb.

Seçilən
19
90deqiqe.az

1Mənbələr