AZ

BDU-nun tələbələri "Holberton School"un təqaüd proqramının qalibidir

BDU-nun tələbələri "Holberton School"un təqaüd proqramının qalibidir

Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının tələbələri beynəlxalq təhsil platformasında böyük uğura imza atıblar.

AFN.az xəbər verir ki, BDU-nun SABAH qruplarının "Biotexnologiya" ixtisasının IV kurs bakalavr tələbələri Süsən Həsənova, Cəmilə Zairova və Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin II kurs tələbəsi Mehri Quluzadə "Holberton School"un "Generativ Süni İntellekt" (GenAI) yüz faizlik təqaüd proqramının qalibi olublar.

Qeyd edək ki, "Holberton School" Silikon Vadisi modelinə əsaslanan, innovativ və praktiki metodologiya ilə İKT sahəsində tədris həyata keçirən beynəlxalq məktəblər şəbəkəsidir. Tədris prosesi qarşılıqlı öyrənmə üsulu ilə təşkil olunur ki, bu da tələbələrin real layihələr üzərində praktiki bilik və bacarıqlar əldə etməsinə imkan yaradır.

Tələbələri təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

Seçilən
4
1
afn.az

2Mənbələr