AZ

BDU nun tələbələri “Holberton School”un təqaüd proqramının qalibidir

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 24 fevral, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının biotexnologiya ixtisasının IV kurs tələbələri Süsən Həsənova, Cəmilə Zairova və Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin II kurs tələbəsi Mehri Quluzadə “Holberton School”un “Generativ Süni İntellekt” (Generative Artificial Intelligence – GenAI) yüz faizlik təqaüd proqramının qalibi olublar.

BDU-dan AZƏRTAC-a bildirilib ki, “Holberton School” Silikon Vadisi modelinə əsaslanan, innovativ və praktiki metodologiya ilə İKT və proqramlaşdırma sahəsində tədris həyata keçirən beynəlxalq məktəblər şəbəkəsidir. Tədris prosesi qarşılıqlı öyrənmə üsulu ilə təşkil olunur ki, bu da tələbələrin komanda şəraitində çalışaraq real layihələr üzərində praktiki bilik və bacarıqlar əldə etməsinə imkan yaradır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
1
azertag.az

2Mənbələr