AZ

İT layihələrinin uğurlu idarə olunmasının yolu

“Step IT Academy”də “İT layihələrinin idarə edilməsi” mövzusunda tələbələr üçün seminar keçirilib.

Akademiyadan Publika.az-a verilən məlumatda bildirilir ki, tədbirdə “İT Station” şirkətinin İcraçı direktoru Bünyad Həbibov, İT layihələndirmə şöbəsinin rəhbəri Naib Həsənov və şirkətin texnologiya direktoru (CTO) Eşqin Nuruşov çıxış edib. Seminar çərçivəsində iştirakçılara İT layihələrinin planlaşdırılması, idarə olunması və uğurla icrası ilə bağlı ətraflı məlumat verilib.

Spikerlər İT layihələrində vaxtın düzgün planlaşdırılmasının, büdcənin effektiv idarə edilməsinin və proseslərin sistemli şəkildə qurulmasının layihənin ümumi nəticəsinə birbaşa təsir etdiyini vurğulayıblar. Bildirilib ki, layihənin başlanğıc mərhələsində düzgün analiz və məqsədlərin dəqiq müəyyənləşdirilməsi gələcək risklərin minimuma endirilməsinə imkan yaradır.

Seminarda həmçinin layihələrin idarə olunmasında komanda işinin rolu, tapşırıqların bölgüsü, prioritetləşdirmə və monitorinq mexanizmləri barədə danışılıb. Real iş təcrübəsinə əsaslanan nümunələr təqdim olunub, çətinliklər və onların həlli yolları iştirakçılarla bölüşülüb.

Tədbir interaktiv formatda təşkil olunub, tələbələr və iştirakçılar öz suallarını ünvanlayaraq praktik biliklərini artırmaq imkanı əldə ediblər.

Seçilən
20
1
publika.az

2Mənbələr