AZ

Azərbaycan süddən hazırlanmış yağların idxalını 27 %-ə yaxın azaldıb

Bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrdən 1 907 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib.

"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu məhsulların dəyəri 12 milyon 626 min ABŞ dolları təşkil edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 693 ton (26,7 %), dəyər baxımından isə 5 milyon 481 min ABŞ dolları (30,3 %) azdır.

Hesabat dövründə kərə yağı və süddən hazırlanmış digər yağlar Azərbaycanın ümumi idxalının 1 %-ni təşkil edib.

Xatırladaq ki, ötən ay Azərbaycan xarici ölkələrlə 3 milyard 538 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, illik müqayisədə 30,5 % azdır.

Xarici ticarət dövriyyəsinin 2 milyard 236 milyon ABŞ dolları ixracın, 1 milyard 302 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 26,4 % azalıb, idxal isə 36,5 % azalıb.

Son nəticədə xarici ticarətdə 934 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,3 % azdır.

"Cebheinfo.az"

Seçilən
8
4
cebheinfo.az

4Mənbələr