AZ

Azərbaycan süddən hazırlanmış yağların idxalını 27 %-ə yaxın azaldıb

Bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrdən 1 907 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib.

Aznews.az xəbər verir ki, bu məhsulların dəyəri 12 milyon 626 min ABŞ dolları təşkil edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 693 ton (26,7 %), dəyər baxımından isə 5 milyon 481 min ABŞ dolları (30,3 %) azdır.

Hesabat dövründə kərə yağı və süddən hazırlanmış digər yağlar Azərbaycanın ümumi idxalının 1 %-ni təşkil edib.

Xatırladaq ki, ötən ay Azərbaycan xarici ölkələrlə 3 milyard 538 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, illik müqayisədə 30,5 % azdır.

Seçilən
0
4
aznews.az

4Mənbələr