AZ

WUF13-də tədbir məkanı "yaşıl enerji" təmin olunacaq

Bakı. Trend:

24 fevral 2026-cı il tarixində WUF13 Azərbaycan ƏməliyyatŞirkəti ilə “AzərEnerji” Açıq Səhmdar Cəmiyyəti arasında“AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Balababa Rzayev və WUF13Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədovtərəfindən əməkdaşlığa dair memorandum imzalanıb.

Trend WUF13Azərbaycan Əməliyyat Şirkətinə istinadən xəbər verir ki, sənədinimzalanmasında əsas məqsəd WUF13 müddətində tədbir məkanının "yaşılenerji" ilə təmin olunmasıdır. Bu təşəbbüs tədbirin karbonidarəetməsi və emissiyaların azaldılması üzrə öhdəliklərininpraktik müstəvidə həyata keçirilməsinə xidmət edəcək, eyni zamanda,tədbirin enerji istehlakından yaranan ekoloji təsirin minimumaendirilməsinə imkan yaradacaq.

WUF13 çərçivəsində tətbiq olunacaq aşağı karbonlu enerji həlləriirimiqyaslı beynəlxalq tədbirlərin daha ekoloji və dayanıqlı modeləsasında təşkilinin mümkünlüyünü nümayiş etdirir. Bununla yanaşı,bu əməkdaşlıq dayanıqlı tədbir idarəçiliyinin milli enerjiinfrastrukturu ilə səmərəli inteqrasiyasının real və uğurlunümunəsi kimi çıxış edir.

17-22 may tarixlərində Bakıda keçiriləcək Ümumdünya ŞəhərsalmaForumunun On Üçüncü sessiyası (WUF13) dayanıqlı şəhərsalma vəresursların səmərəli istifadəsi üzrə aparıcı beynəlxalqplatformalardan biri olmaqla, innovativ yanaşmaların və praktikhəllərin nümayişi üçün mühüm imkan yaradır. Bu çərçivədə "yaşılenerji" həllərinin tətbiqi tədbirin dayanıqlı təşkili prinsiplərinəuyğun olaraq ekoloji məsuliyyətli yanaşmanı təşviq edir.

Bu əməkdaşlıq Azərbaycanın "yaşıl enerji" və dayanıqlı inkişafsahəsində strateji prioritetlərinə sadiqliyini bir daha təsdiqləyirvə ölkənin beynəlxalq tədbirlərin ekoloji cəhətdən məsuliyyətlitəşkili istiqamətində artan rolunu və liderliyini daha damöhkəmləndirir.

Seçilən
16
16
az.trend.az

10Mənbələr