AZ

“Ermənistan özünü müharibə və gərginlikdən qoruyur”

ain.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

 Ermənistanın müdafiə naziri Suren Papikyan dünən İrana rəsmi səfər edib.

Papikyan bu barədə özünün Feysbuk səhifəsində məlumat verib.

Gununsesi.info -ya danışan Milli Məclisin deputatı Tural Gəncəliyev qeyd edib ki, Ermənistanın müdafiə nazirinin İrana səfəri təsadüfi deyil:

“Bu səfər, görünür, Ermənistandan olası hücum vəziyyətinə qarşı özünü sığortalamaq cəhdi ilə bağlıdır. Əgər İrana hücum olarsa, Ermənistan əvvəlcədən məsuliyyətdən yayınmaq və İranın cavab reaksiyası ilə üzləşməmək, həmçinin ABŞ-la münasibətlərində İrana qarşı olmadığını göstərmək məqsədilə bu addımı atmışdır.

Məlumdur ki, Ermənistan müstəqil xarici siyasət apara bilmir və buna görə də özünü qorumağa çalışır. Regionda güclü dövlətlər mövcuddur; məsələn, Azərbaycan siyasətini planlaşdırılmış və digər dövlətlərin ziyanına olmadan qurur. Ermənistan isə belə bir imkanlardan məhrum olduğuna görə, bu səfərlə özünü müharibə və gərginlik kontekstində qorumağa çalışır”.

Deputat qeyd edib ki, hazırda Zəngəzur dəhlizi ilə bağlı vəziyyət aydınlaşmayıb və Ermənistan açıq hərəkət edərək Rusiyanı qıcıqlandırmaq istəmir.

“Bu baxımdan ABŞ məsələnin həllində vasitəçi rolunu oynamalı, Ermənistanı tək qoymamalıdır. Çünki Ermənistanın Rusiya ilə dəmir yolu və digər strateji məsələlərdə toqquşması qaçılmazdır və burada Rusiya üstün mövqedədir”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
icma.az

1Mənbələr