AZ

Güllələnən müəllim İdrak Liseyinə qayıdır ÖZƏL

ain.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"İdrak" Liseyində bir müddət əvvəl baş vermiş silahlı insident zamanı xəsarət alan müəllim Şəhla Kamilova ilə bağlı yeni xəbər var.

Modern.az-ın əldə etdiyi məlumata görə, müəllimin səhhətində müsbət irəliləyiş müşahidə olunur. Ehtimallara əsasən, Ş.Kamilova müalicə prosesi başa çatdıqdan sonra yenidən işinin başına qayıdacaq.

Onun qarşıdakı 6 ay ərzində boyun nahiyəsində gipslə müalicə alacağı bildirilir. Müəllimin növbəti tədris ilində yenidən "İdrak" liseyində tədrisə başlayacağı bildirilir.

Xatırladaq ki, fevralın 6-da Bakının Binəqədi rayonunda yerləşən “İdrak” Liseyində 10-cu sinif şagirdi Əli Şirinov silahlı insident törədib.Şagird atasına məxsus ov silahı ilə məktəbə gələrək liseydə müəllim işləyən Şəhla Kamilovaya atəş açıb. Güllə yarası almış müəllim ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər müəllimin boyun nahiyəsindən 16 qırma çıxarıblar. Hadisəni törədən şagird saxlanılıb, onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
1
modern.az

2Mənbələr