AZ

Məşhur Sumqayıtın əks sədası filminin müəllifi Eyruz Məmmədov vəfat edib

ain.az, Azpost saytına istinadən bildirir.

Əməkdar jurnalist Eyruz Məmmədov vəfat edib. 

Azpost.info bildirir ki, yazıçı, publisist, ssenarist, “Exo Sumqaita” qəzetinin baş redaktoru Eyruz Məmmədov uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.

Bu barədə jurnalist Elnur Ağayev məluat verib.

E.Məmmədov rejissor Davud İmanovla birgə 1988-ci ilin Sumqayıt hadisələri ilə bağlı erməni yalanlarını ifşa etmiş məşhur “Sumqayıtın əks-sədası” (“Эхо Сумгаита”) filminin yaradıcılarındanıdr.

Eyruz Məmmədov 13 yanvar 1953-cü ildə Sumqayıtda ziyalı ailəsində dünyaya göz açıb. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb.

O, ümumilikdə 20-dən artıq kitabın, o cümlədən “2-ci paralel”, “Anata”, “P.S”, Dama Pika”, “Mister Riç”, “Bir, iki, üç… və yaxud Dağ çiçəyi”, “Gecə… İncə gecə”, “Zöhra və Kənan”, “Qaranlığın çırağı”, “Sən kimsən, Armando?” və s. bədii və tarixi kitabların müəllifidir.

Mərhum ssenarist “Sumqayıt: Azadlığın əks-sədası”, “Cəbhə bölgəsində”, “Sumqayıtın bir axşamı” və digər filmlərin kinossenarilərini yazmışdı.

“Qızıl qələm”, Həsən bəy Zərdabi adına və “Araz” ali ədəbi mükafatlarının laureatı idi.

Allah rəhmət eləsin.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
1
azpost.info

2Mənbələr