AZ

Türkiyəyə səfər edən Azərbaycan turistlərinin sayı azalıb (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2026 -cı ilin yanvar ayında Azərbaycandan Türkiyəyə 54 min 513 turist səfər edib ki, bu da 2025-ci ilin yanvarı ilə müqayisədə 7,95 faiz azdır.

Bu barədə TurkicWorld -a Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı 2,43 faiz təşkil edib.

Nazirliyin məlumatında qeyd edilir ki, 2026-cı ilin yanvarında Türkiyəyə 2 milyon 246 min 639 turist səfər edib ki, bu da ötən ilin yanvarı ilə müqayisədə 3,48 faiz çoxdur.

Seçilən
15
2
turkic.world

3Mənbələr