Bakı, 24 fevral, AZƏRTAC
Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab matçlarına start veriləcək.
AZƏRTAC xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçiriləcək.
İspaniyanın "Atletiko Madrid" komandası evdə Belçikanın "Brügge" kollektivini qəbul edəcək. Bu komandalar arasındakı ilk görüş heç-heçə ilə yekunlaşıb – 3:3.
İtaliya təmsilçisi "İnter" səfərdə 1:3 hesabı ilə məğlub olduğu Norveçin "Budyo Qlimt" klubunu doğma meydanda sınağa çəkəcək.
Görüşlər müvafiq olaraq, Bakı vaxtı ilə saat 21:45 və gecə 00:00-da başlayacaq.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab görüşləri
24 fevral
21:45. “Atletiko Madrid” (İspaniya) - “Brügge” (Belçika)
İlk oyun - 3:3.
21:45. "Bayer" (Almaniya) - "Olimpiakos" (Yunanıstan)
İlk oyun - 2:0
00:00. "İnter" (İtaliya) - "Budyo Qlimt" (Norveç)
İlk oyun -1:3
00:00. "Nyukasl" (İngiltərə) - "Qarabağ" (Azərbaycan)
İlk oyun - 6:1
00:00. "Atalanta" (İtaliya) - "Borussiya" (Dortmund, Almaniya)
İlk oyun - 0:2
Qeyd edək ki, pley-off mərhələsinin digər matçları fevralın 25-də reallaşacaq.