AZ

Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilir

Çempionlar

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab matçlarına start veriləcək.

AZƏRTAC xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçiriləcək.

Günün ilk matçı İspaniyada "Atletiko Madrid"lə Belçikanın "Brügge" komandaları arasında keçiriləcək. İlk görüşdə 3:3 hesablı heç-heçə qeydə alınıb.

Digər görüşlərdə “Bayer” “Olimpiakos”u, "İnter" “Budyo Qlimt”i, “Nyukasl” isə “Qarabağ”ı qəbul edəcək.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, cavab görüşləri

24 fevral

21:45. “Atletiko Madrid” (İspaniya) - “Brügge” (Belçika)

İlk oyun - 3:3.

00:00. "Bayer" (Almaniya) - "Olimpiakos" (Yunanıstan)

İlk oyun - 2:0

00:00. "İnter" (İtaliya) - "Budyo Qlimt" (Norveç)

İlk oyun -1:3

00:00. "Nyukasl" (İngiltərə) - "Qarabağ" (Azərbaycan)

İlk oyun - 6:1

Qeyd edək ki, pley-off mərhələsinin digər matçları fevralın 25-də reallaşacaq.

Seçilən
0
9
xalqcebhesi.az

10Mənbələr