AZ

Qızlar Universitetində kişi müəllimlər varmı? - SORĞU

Bakı Qızlar Universiteti Azərbaycanda ali təhsil sahəsində fəaliyyət göstərən özəl ali təhsil müəssisələrindən biridir. Universitet ölkədə qadınların ali təhsilə cəlb olunması, onların peşəkar və intellektual inkişafının dəstəklənməsi məqsədilə fəaliyyət göstərir. Bu ali təhsil müəssisəsində yalnız qızlar təhsil alırlar.

Maraqlıdır, universitetdə kişi müəllimlər varmı, onların sayı neçə nəfərdir?

Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı Bakı Qızlar Universitetinə sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq bildirilib ki, ali təhsil ocağında hazırda 33 kişi müəllim fəaliyyət göstərir:

"Bu göstərici universitetin ümumi professor-müəllim heyətinin təxminən üçdə birini təşkil edir.
Məlumat onu göstərir ki, universitet qadın təhsili istiqamətində ixtisaslaşsa da, kadr siyasətində gender balansının qorunmasına xüsusi diqqət yetirilir.

Müxtəlif fakültə və ixtisaslar üzrə çalışan kişi müəllimlər tədris prosesində, elmi-tədqiqat fəaliyyətində, eləcə də tələbələrin peşəkar formalaşmasında fəal iştirak edirlər".

Qeyd edək ki, bu ali təhsil müəssisəsində yalnız qız tələbələr təhsil alır.

Seçilən
23
azedu.az

1Mənbələr