AZ

"Milan"ın yarımmüdafiəçisi əməliyyat olundu

Bakı. Trend:

"Milan" yarımmüdafiəçi Ruben Loftus-Çikin təxminən 8 həftəmeydanlardan kənarda qalacağını açıqlayıb.

Trend xəbər verir ki, SeriaA-nın 26-cı turunda “Parma” ilə oyunun (0:1) 8-ci dəqiqəsindəLoftus-Çik cərimə meydançasına edilən ötürmədən sonra topu yumruqlauzaqlaşdıran “Parma”nın qapıçısı Edoardo Corvi ilə toqquşub.İngiltərəli futbolçu yerə yıxılıb, boynu sabitlənərək xərəkdəmeydandan çıxarılıb. Daha sonra onda üst çənənin dişləri daşıyanhissəsi – alveolyar çıxıntının sınığı aşkarlanıb.

Klubun yaydığı məlumata görə, futbolçu əməliyyat olunub, cərrahimüdaxilə uğurla keçib. Loftus-Çik artıq xəstəxanadan buraxılıb vəvəziyyəti yaxşıdır. Təxmini bərpa müddəti 8 həftədir.

Seçilən
5
1
az.trend.az

3Mənbələr