AZ

Azad edilmiş ərazilərdə daha 203 mina və 796 PHS aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (16.02.2025 – 22.02.2025) məlumat açıqlanıb.

 

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Senzor.az-a verilən məlumata görə Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 175 piyada əleyhinə mina, 28 tank əleyhinə mina, 796 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

 

Bildirilib ki, 1.616,5 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Seçilən
15
49
senzor.az

10Mənbələr