AZ

Rusiya ərazi məsələsi ilə bağlı mövqeyinə cavab almayıb - Medvedev

Cenevrədə keçirilən sülh danışıqlarında Rusiya tərəfi ərazi məsələsi və Ukraynanın silahsızlaşdırılması ilə bağlı mövqeyini təqdim edib.

Missiya.Az xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Moskvanın təkliflərinə hələlik cavab verilmədiyini bildirib.

Onun sözlərinə görə, mövqe ölkə Prezidenti tərəfindən formalaşdırılıb.

Xatırladaq ki, danışıqların üçüncü raundu fevralın 17-18-də keçirilib. Nümayəndə heyətinin rəhbəri Vladimir Medinski görüşün çətin, lakin işgüzar keçdiyini deyib. Növbəti raund fevralın 26-da baş tuta bilər.

Ukrayna tərəfi təcili əsir mübadiləsinə hazır olduğunu açıqlayıb.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
14
missiya.az

1Mənbələr