AZ

Almaniyada naməlum şəxs insanlara bıçaqla hücum edib

Naməlum şəxs Almaniyanın cənubundakı Vürsburq şəhərinin əsas dəmir yolu vağzalında insanlara bıçaqla hücum edib.

Milli.Az xəbər verir ki, bu barədə DPA agentliyi polisə istinadən məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə nəticəsində 3 nəfər xəsarət alıb.

İlkin məlumata əsasən, hücum saat 07:50 radələrində "Yehovanın Şahidləri" dini təşkilatının stendi yaxınlığında baş verib. Yoldan keçənlər, aralarında mülki geyimli polis əməkdaşının da olduğu şəxslər 35 yaşlı hücumçunu hadisə yerində zərərsizləşdirərək saxlayıblar. Onun motivləri hələ məlum deyil. Qatarların hərəkətində pozuntu qeydə alınmayıb.

Ayxan
Milli.Az

Seçilən
5
2
milli.az

3Mənbələr