AZ

Financial Times: “Yunanıstan Rusiyanı əvəz etmək istəyir”

AzVision.az xəbər verir ki, “Financial Times (FT)” nəşrinin məlumatına görə, Avropa İttifaqının (Aİ) 2027-ci ilə qədər Rusiya qazının tədarükünə tam qadağa qoymağa hazırlaşdığı bir vaxtda, Yunanıstan özünü əsasən ABŞ-dən mayeləşdirilmiş təbii qaz (LNG) idxalı üçün Cənubi Avropaya qapı kimi təqdim edir.

Yunanıstanın coğrafi mövqeyi, genişlənən LNG istehsal gücü, modernləşdirilmiş infrastrukturu və Vaşinqtonla sıx əlaqələri, Rusiya idxalına qoyulan qadağadan sonra ölkəni Avropa bazarında əsas rol oynamaq iddiasını artırır.

Vaşinqton və Brüssel arasında artan gərginlik fonunda enerjini transatlantik münasibətlərin vacib elementi kimi qiymətləndirən Yunanıstanın energetika naziri Stavros Papastavru ABŞ ilə daha sıx əməkdaşlığa çağırır.

Tənqidçilər xəbərdarlıq edirlər ki, Avropa bir geosiyasi asılılığı digəri ilə əvəzləmək riski ilə üzləşir. 2025-ci ildə Yunanıstanın LNG idxalının 80%-dən çoxu artıq ABŞ-dən gəlir.
Nəşr qeyd edir ki, Amerika LNG-si müharibədən əvvəlki Rusiya boru kəməri qazından daha bahadır və qlobal qiymət volotilliynə həssasdır.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
16
1
azvision.az

2Mənbələr