AZ

Zelenski: “Güzəştlərə getməyəcəyik, Putini isə dayandırmaq lazımdır”

AzVision.az xəbər verir ki, müsahibədə Ukrayna lideri müharibədəki qələbəni necə anladığı, mümkün ərazi güzəştləri və Amerika lideri Donald Trampla münasibətləri barədə danışıb.

Zelenski Ukraynanın müharibəni uduzmadığını və onu qələbə ilə başa vuracağını iddia edib. Rusiya Prezidenti Vladimir Putinin tələblərinin yerinə yetirilməsinə və Ukrayna qoşunlarının Rusiyanın ələ keçirə bilmədiyi əsas ərazilərdən çıxarılmasına qarşı olduğunu bildirib.

“Putin Üçüncü Dünya Müharibəsinə artıq başlayıb. Məsələ ondadır ki, o, nə qədər ərazini ələ keçirə bilər. Sual Putini necə dayandırmaqdadır. Rusiyanın qalib gəlməməsi üçün yox. Sadəcə, Rusiya öz xalqının xoşuna gələn həyatı dəyişmək istəyir”,– Zelenski deyib.

Ukrayna Prezidenti ölkənin 1991-ci il sərhədlərinə qayıtma ehtimalına da münasibət bildirib. O, bunun, şübhəsiz ki, ədalətin qələbəsi olacağını, lakin bunu hazırda hərbi yolla etməyə çalışmağın milyonlarla insanın itkisi demək olduğunu qeyd edib. Zelenski etiraf edib ki, Ukraynanın hələlik bu cür hərəkətlər üçün kifayət qədər silahı yoxdur, insansız torpaq isə heç nədir.

– Bizdə lazımi miqdarda silah yoxdur. Bu, artıq yalnız bizdən deyil, tərəfdaşlarımızdan asılıdır. Bu gün bu yoxdur. Amma 1991-ci ilin ədalətli sərhədlərinə qayıtmaq, şübhəsiz ki, hətta qələbə də deyil. Bu, ədalətin qələbəsidir. Ukraynanın qələbəsidir. Bunu bu gün etmək çox sayda insanın, milyonlarla insanın itirilməsi demək olardı, çünki Rusiya ordusu böyükdür və biz bu cür addımların bahasını başa düşürük”, – Ukrayna lideri vurğulayıb.

Zelenski həmçinin bildirib ki,Ukrayna atəşkəs müqabilində ərazi güzəştlərinə razı olmayacaq,çünki onun fikrincə, Rusiya Prezidenti Vladimir Putin müharibəyə son qoymaq niyyətində deyil.

Jurnalistin ABŞ və Rusiyanın Ukraynaya atəşkəs müqabilində Donetsk vilayətinin ərazisinin qalan 20 faizindən çıxmaq imkanı təklifi barədə sualına cavab olaraq Zelenski belə bir ssenarini qəti şəkildə rədd edib: “Mən bunu sadəcə torpaq və ya başqa bir şey kimi görmürəm. Mən bunu imtina, mövqeyimizin zəifləməsi, orada yaşayan yüz minlərlə insanımızı tərk etmək kimi görürəm. Mən bunu belə görürəm və əminəm ki, bu geri çəkilmə cəmiyyətimizi parçalayacaq”.

ABŞ-nin təhlükəsizlik zəmanətlərinə gəldikdə isə, Zelenski bildirib ki, prezidentlər dəyişdiyindən və müqavilələr onilliklər ərzində qüvvədə qaldığından zəmanətlər Konqresin təsisatlarına və qərarlarına əsaslanmalıdır.

ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Uitkoffla danışıqları şərh edən Zelenski diqqətə çatdırıb ki, amerikalılar“rusları razı salmağa çalışmalı yox, onları dayandırmalıdırlar”.

Zelenski Putinin bu müharibəni bitirmək istəmədiyini, lakin“istəməməsi təzyiq altında bitməyəcəyi anlamına gəlmir” ifadəsini bir daha xatırladıb.

Düşünürəm ki, Putinin də bu fasiləyə ehtiyacı var. Nə deməsindən asılı olmayaraq, bu belədir. Öz gücünü bərpa etmək üçün lazımdır. Avropalı tərəfdaşlarımız deyirlər ki, bu, üç-beş il çəkəcək. Məncə, onun bərpa prosesi bir-iki il olacaq. Bəs bundan sonra o, hara gedəcək? Bilmirik. Amma onun davam edəcəyi faktdır”,– Ukrayna lideri iddia edib.

Volodimir Zelenski seçkilər keçiriləcəyi təqdirdə yenidən namizədliyini irəli sürüb-sürməyəcəyinə hələ qərar vermədiyini söyləyib:“İştirak edə və ya etməyə də bilərəm”.

Onun sözlərinə görə, əgər Ukraynanın qanunlarını müvafiq olaraq dəyişdirmək üçün vaxt varsa, seçkilərin keçirilməsi texniki cəhətdən mümkündür. Lakin əvvəlcə Ukrayna təhlükəsizlik zəmanətləri almalıdır.

Bununla belə, seçkilərin keçirilməsi ilə bağlı bir çox problem var, o cümlədən xaricdə yaşayan milyonlarla ukraynalı və Rusiyanın ölkənin əhəmiyyətli bir hissəsini ələ keçirməsi. Bunun seçki ideyasına qarşı çıxmaq anlamına gəlib-gəlmədiyi soruşulduqda, Ukrayna lideri“Əgər bu, müharibənin bitməsi üçün şərtdirsə, gəlin bunu edək” , cavabını verib.

– Siz həqiqətən də daim seçkilər məsələsini qaldırırsınız, amma qərar verməlisiniz: məndən yaxa qurtarmaq, yoxsa seçkilər keçirmək istəyirsiniz? Əgər seçkilər keçirmək istəyirsinizsə, hərçənd bunu mənə indi də dürüst deməyə hazır deyilsiniz, gəlin onları ədalətli şəkildə keçirək. Gəlin onları ilk növbədə Ukrayna xalqı tərəfindən tanınacaq şəkildə keçirək və siz özünüz də bunların qanuni seçkilər olmasını etiraf etməlisiniz”, – Volodimir Zelenski Kiyevi tərəfdaşlarına belə dediyini bildirib.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
6
3
azvision.az

4Mənbələr