AZ

Azərbaycan və İran arasında Birgə Dövlət Komissiyasının iclası keçirilir

Bakı. TurkicWorld:

Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Dövlətlərarası Komissiyasının 17-ci iclası keçirilir.

Bu barədə TurkicWorld-ə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Birgə Dövlətlərarası Komissiyanın iclası Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri Fərzanə Sadeqin rəhbərliyi ilə keçirilir.

İclasda tərəflər ikitərəfli əməkdaşlığın bütün istiqamətləri üzrə danışıqlar aparılacaq, gələn ilədək iki ölkə arasında reallaşdırılmalı və inkişaf etdirilməli olan proqram və potensiallar müzakirə ediləcək.

İki ölkə arasında ən mühüm əməkdaşlıq istiqamətlərindən biri nəqliyyat sahəsi və birgə sərhəd infrastrukturunun inkişafıdır və bu sahədə nəzərəçarpacaq irəliləyişlər əldə olunub.

Həmçinin iki ölkə arasında iqtisadiyyat, nəqliyyat, energetika sahələrində layihələrin icra vəziyyəti müzakirə olunacaq. Xüsusiilə, Şimal–Cənub Nəqliyyat Dəhlizinin potensialının tam reallaşdırılması baxımından Rəşt–Astara dəmiryolu xəttinin tikintisi, eyni zamanda iki ölkə üçün prioritet hesab edilən "Xudafərin" və "Qız Qalası" SES-ləri, eləcə də "Ordubad" – "Marazad" SES-ləri layihələri çərçivəsində əməkdaşlıq məsələləri iclasın gündəliyini təşkil edəcək. İclasda Ağbənd-Kəlalə körpüsünün tikintisinin tamamlanmasından sonra körpünün istismara verilməsi müddətinin də müzakirə ediləcəyi gözlənilir.

İclasın sonunda iqtisadi, mədəni və digər əməkdaşlıq sahələrində aparılmış danışıqların və əldə olunmuş razılaşmaların yekunu üzrə birgə komissiyanın həmsədrləri tərəfindən yekun memorandum imzalanacağı gözlənilir.

Xəbər yenilənəcək

Seçilən
4
2
turkic.world

5Mənbələr