Bakı. Trend:
Azərbaycala İran arasında iqtisadi, ticarət və humanitarsahələrdə əməkdaşlıq üzrə Birgə Dövlətlərarası Komissiyasının 17-ciiclası keçirilir.
Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyindən məlumatverilib.
Birgə Dövlətlərarası Komissiyanın iclası Azərbaycanın Başnazirinin müavini Şahin Mustafayev və İranın yol və şəhərsalmanaziri Fərzanə Sadeqin rəhbərliyi ilə keçirilir.
İclasda tərəflər ikitərəfli əməkdaşlığın bütün istiqamətləriüzrə danışıqlar aparılacaq, gələn ilədək iki ölkə arasındareallaşdırılmalı və inkişaf etdirilməli olan proqram vəpotensiallar müzakirə ediləcək.
İki ölkə arasında ən mühüm əməkdaşlıq istiqamətlərindən birinəqliyyat sahəsi və birgə sərhəd infrastrukturunun inkişafıdır vəbu sahədə nəzərəçarpacaq irəliləyişlər əldə olunub.
Həmçinin iki ölkə arasında iqtisadiyyat, nəqliyyat, energetikasahələrində layihələrin icra vəziyyəti müzakirə olunacaq.Xüsusiilə, Şimal–Cənub Nəqliyyat Dəhlizinin potensialının tamreallaşdırılması baxımından Rəşt–Astara dəmiryolu xəttinintikintisi, eyni zamanda iki ölkə üçün prioritet hesab edilən“Xudafərin” və “Qız Qalası” SES-ləri, eləcə də “Ordubad” –“Marazad” SES-ləri layihələri çərçivəsində əməkdaşlıq məsələləriiclasın gündəliyini təşkil edəcək. İclasda Ağbənd-Kəlalə körpüsününtikintisinin tamamlanmasından sonra körpünün istismara verilməsimüddətinin də müzakirə ediləcəyi gözlənilir.
İclasın sonunda iqtisadi, mədəni və digər əməkdaşlıq sahələrindəaparılmış danışıqların və əldə olunmuş razılaşmaların yekunu üzrəbirgə komissiyanın həmsədrləri tərəfindən yekun memorandumimzalanacağı gözlənilir.
Xəbər yenilənəcək