
"Bu hadisə başıma gələndən sonra bildim ki, incəsənət sahəsində mənim dostum yoxdur. Onsuz da barmaqla sayılacaq qədər var idi, indi demək olar ki, o da yoxdur."
AFN.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında müğənni, meyxanaçı Samirə Yusifqızı deyib. O, sənət dostlarının onu darda qoymasından gileylənərək bildirib: "Bir adam çıxıb məni müdafiə etmədi, tərəfimdə dayanmadı. Düzdür, bir-iki nəfər danışdı, yazdı, amma onunla nə olacaqdı ki?"
O, daha sonra həmkarı Mətanət Əsədovanı məhkəməyə verdiklərini açıqlayıb: "Şəxsən qızım Fərəh verib. Nəvəm stres yaşayır, utandığından məktəbə getmir. Mətanət, sən mənim nəvəmə, qızıma travma yaşatmısan, bunu sənə keçmirik! Qızım bölməyə müraciət edib. Bizə təzminat lazım deyil, sadəcə çıxıb efirdə etiraf etməli və deməlidir ki, səhv etmişəm".
Müğənni bildirib ki, bundan sonra efirlərə çıxmaq niyyətində deyil: "Bu saat bütün efirlərə nifrət edirəm. Samirə Yusifqızının illər ərzində gördüyü işlər nə tez yaddan çıxdı?! İndi də deyirlər ki, sizi efirlərə qoymayacağıq. Heç lazım da deyil."
Qeyd edək ki, Mətanət Əsədova "Tarixin bir günü" verilişində müğənni Fərəhi sərt tənqid edib və onu tərbiyəsiz adlandırıb. Xatırladaq ki, müğənni Fərəh Samirəqızı ötən həftə sosial şəbəkələrdə təhqiramiz ifadələr işlətdiyi üçün saxlanılmışdı.