AZ

"Günəşin dostları"

Gənc yazıçı, şair, dramaturq Elçin Məhərrəmin “Günəşin dostları” pyesi Qax Dövlət Kukla Teatrının səhnəsində tamaşaçılara təqdim olunub.

SUMTV xəbər verir ki, premyerası 20 fevral 2026-cı il tarixində baş tutan tamaşanın quruluşçu rejissoru Respublikanın Əməkdar artisti Yusif Abdurrahmanov, quruluşçu rəssamı Fidan Səbirli, musiqi tərtibatçısı isə Nicat Fətəliyevdir.

İnteraktiv səciyyə daşıyan bu səhnə əsəri uşaqlarda təbiətə sevgi, qayğı hissini formalaşdırmaqla yanaşı, dostluq, birlik, qarşılıqlı anlayış , bilik və digər fundamental bəşəri dəyərləri ön plana çəkir. Maraqlı rejissor yozumu, səhnə həllinin rəngarəngliyi və aktyorların koloritli ifası tamaşaçılar tərəfindən maraq və rəğbətlə qarşılanıb.

Qeyd edək ki, “Günəşin dostları” artıq teatrın repertuarına daxil edilib və qarşıdakı nümayişlərdə balaca tamaşaçıların estetik zövqünün formalaşmasına, onların əylənməsinə və maariflənməsinə xidmət edəcək.

XQ

Seçilən
16
xalqqazeti.az

1Mənbələr