AZ

"Qarabağ"ın futbolçusu: “Nyukasl”la bizə yaraşmayan şəkildə oynadıq” - VİDEO

“Düşünürəm ki, ilk matçın birinci hissəsində bizə yaraşmayan şəkildə oynadıq”.

İdman.Biz xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Joni Montiel UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Nyukasl”la (İngiltərə) cavab oyunundan öncə mətbuat konfransında deyib.

O, İngiltərədəki görüşdə bacardıqlarını ortaya qoyacaqlarını bildirib:

“İkinci hissədə də ilk hissədəki kimi oynamalıydıq. İndi cavab oyunu barədə düşünməliyik. Düşünürəm ki, özümüzü yaxşı tərəfdən göstərə bilərik”.

Qeyd edək ki, “Nyukasl” - “Qarabağ” görüşü fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.

İdman.Biz
Seçilən
5
1
idman.biz

4Mənbələr