AZ

Koreyada meşə yanğınları nəzarətdən çıxıb

Reyting.az saytına istinadən ain.az xəbər verir.

Cənubi Koreyanın Cənubi Gyeongsang əyalətində yanğınsöndürmə qruplarının səylərinə baxmayaraq 3 gündür davam edən meşə yanğınları 190 hektar ərazini külə çevirib.

Reyting.az xəbər verir ki, fevralın 21-də Gyeongsang əyalətinin Hamyanq bölgəsində başlayan meşə yanğınları davam edir.

Yanğınsöndürmə qrupları və səlahiyyətlilər indiyə qədər 190 hektar əraziyə ziyan vuran yanğınlarla mübarizə aparmaq üçün gərgin çalışırlar.

Alovun yaşayış məntəqələrinə yayılmasının qarşısını almaq üçün dünən gecə bölgəyə 105 yanğınsöndürmə maşını və 603 nəfərlik heyət göndərilib. Həmçinin 51 helikopterin cəlb ediləcəyi açıqlanıb.

Yamaclı ərazi və güclü külək yanğınsöndürmə işlərini çətinləşdirib. Bu səbəbdən də bölgə üçün “milli səfərbərlik” elan edilib.

Hamyanq bölgəsinə səyahət edən Cənubi Koreyanın baş naziri Kim Min-seok yanğınları nəzarət altına almaq üçün bütün resurslardan istifadə edilməli olduğunu bildirib.

V. QULİYEV

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
1
reyting.az

2Mənbələr