AZ

Məktəblərə yaxın ərazilərdə təhlükəsizliyi təmin edən tədbirlərin görülməsi önəm daşıyır Rəy

525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Piyadaların sərbəst və təhlükəsiz hərəkətini təmin etmək üçün keçidlərin yerləşməsi, işıqforların vaxtının yenidən nəzərdən keçirilməsi və infrastruktura aid digər təkmilləşdirmələr vacibdir. Xüsusən məktəblərə yaxın ərazilərdə təhlükəsizliyi təmin edən tədbirlərin görülməsi önəm daşıyır".

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bunu 525.az-a deyib. Ekspert hesab edir ki, piyada təhlükəsizliyini artırmaq üçün ilk növbədə avtomobillərin səkiləri zəbt etməsinin qarşısı alınmalıdır:

"Bütün yaşayış və qeyri-yaşayış obyektlərinin parklanmaları təşkil olunmalıdır. Bu, yalnız layihədə nəzərdə tutulmaqla kifayətlənməməli, reallıqda da icra edilməlidir. Piyada keçidləri işıqlandırılmalı, məktəb yaxınlığında olan ərazilərdə, yollarda sürəti məhdudlaşdıran tədbirlər görülməlidir. Xəbərdaredici və qadağanedici nişanların sayı da artırılmalıdır. Qadağanedici nişanlar şəhərdə kifayət qədər olsa da, xəbərdaredici nişanlar azdır və onların artırılması vacibdir”. 

Sevinc Qarayeva 

 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
525.az

1Mənbələr