Bakı. Trend:
Qəzzanın cənubunda yerləşən Rəfah şəhərində uzunluğu birkilometr olan HƏMAS-a məxsus tunel İsrail ordusununmühəndis-istehkam bölmələri tərəfindən məhv edilib.
Trend bu barədəİsrail KİV-ə istinadən xəbər verir.
İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidmətinin məlumatınaəsasən, tuneldə HƏMAS əməliyyatçılarının gizlənməsi üçün bir neçəotaq olub. İçəridən əsgərlər bir neçə silah da aşkarlayıb.
Tunel 7-ci Zirehli Briqadanın ərazinin təmizlənməsiəməliyyatları zamanı Qəzza atəşkəs xəttinin İsrail tərəfindəaşkarlanmışdı. Tunel əlahiddə “Yahalom”mühəndis-istehkam bölməsitərəfindən partladılaraq məhv edilib.