AZ

İran cihad istəyir - DeSantis

BAKI, 23 fevral. TELEQRAF

“ABŞ ilə İran arasında danışıqlar uğursuzluğa məhkumdur”.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin Florida ştatının qubernatoru Ron DeSantis deyib.

Qubernator bildirib ki, İrandakı hazırkı rejim hakimiyyətə gələndən terrorizmi dəstəkləyir, minlərlə amerikalının ölümünə görə məsuliyyət daşıyır:

“Mən İraqda olmuşam, xatırlayıram, amerikalılar ən çox itkini İran tərəfindən dəstəklənən hərbi qrupların fəaliyyəti səbəbindən veriblər”.

DeSantis ABŞ Prezidenti Donald Trampın iranlı etirazçılara dəstək vədinə toxunaraq qeyd edib ki, o, vəd veribsə, yerinə yetirəcək.

“Bu rejimlə etibarlı anlaşma edə bilmərik. Onlar istədiyinizi əldə edə biləcəyiniz şəkildə danışıqlar aparmırlar. Bu, cihada inanan rejimdir, bunu istəyir. Bizim kimi dünyada sülh və sakitlik istəmirlər”, - Floridanın qubernatoru əlavə edib.

Seçilən
14
1
teleqraf.com

2Mənbələr