AZ

“Neftçi” stadionunda ən böyük tribuna Anatoli Banişevskinin adını daşıyacaq - FOTO

“Neftçi”nin 15 ilə yaxındır ev oyunlarını keçirdiyi “Palms Sports Arena”nın ən böyük tribunası Anatoli Banişevskinin adını daşıyacaq.

İdman.Biz xəbər verir ki, “Neftçi” Peşəkar Futbol Klubu məlumat yayıb.

Bildirilib ki, “Neftçi” bununla əfsanəvi “9 nömrə”nin adının əbədiləşdirilməsi yolunda növbəti addımı atıb.

Azərbaycan futbolunun əfsanəsi, anadan olmasından 80 il ötən Anatoli Banişevskinin adı “Cənub” tribunasına verilib.

İdman.Biz
Seçilən
0
3
idman.biz

4Mənbələr