“Neftçi”nin 15 ilə yaxındır ev oyunlarını keçirdiyi “Palms Sports Arena”nın ən böyük tribunası Anatoli Banişevskinin adını daşıyacaq.
Msport.az xəbər verir ki, “Neftçi” bununla əfsanəvi “9 nömrə”nin adının əbədiləşdirilməsi yolunda növbəti addımı atıb.
Azərbaycan futbolunun əfsanəsi, anadan olmasından 80 il ötən Anatoli Banişevskinin adı “Cənub” tribunasına verilib.