AZ

Azərbaycan millisi Tacikistanla üz-üzə gələcək

18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Beynəlxalq İnkişaf Turnirində bu gün sonuncu oyuna çıxacaq.

News365.az xəbər verir ki, millimiz 5-ci yer uğrunda görüşdə Tacikistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Matç Belarusun paytaxtı Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydanında, Bakı vaxtı ilə saat 13:20-də başlanacaq.

Xatırladaq ki, U-18 millisi bundan əvvəlki oyunlarda Rusiyaya 1:7, Özbəkistana isə 1:3 hesabı ilə uduzub, lakin Belarus yığmasını 1:0 hesabı ilə məğlub etməyi bacarıb.

Seçilən
13
10
news365.az

9Mənbələr