AZ

Azərbaycan millisi UEFA-nın turnirində sonuncu oyununa çıxır

Bakı, 23 fevral, AZƏRTAC

18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Beynəlxalq İnkişaf Turnirində bu gün sonuncu oyununa çıxacaq.

AZƏRTAC xəbər verir ki, millimiz 5-ci yer uğrunda görüşdə Tacikistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Belarusun paytaxtı Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydançasında keçiriləcək matç Bakı vaxtı ilə saat 13:20-də başlanacaq.

Seçilən
9
10
azertag.az

10Mənbələr